Sabirabad Rayon Gənclər İdarəsi

Günahsiz Günhakarlar tamaşası Sabirabadda

Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sfarişi ilə Bakı Uşaq Teatrının təqdimatında "Günahkar Günahsızlar" tamaşası Sabirabad Mədəniyyət Mərkəzinin səhnəsində oynalılıb. Tmaşadan öncə Sabirabad rayon İcra Hakimiyyəti Başçısının I müavini Həsən Həsənov Bakı Uşaq Teatrının kollektivini salamladı. Sonra Teatrın Drektoru İntiqam Soltan çıxış edərək tamaşa haqqında məlumat verdi. İntiqam Soltan qeyd etmişdir ki, tamaşa insan alverinə qarşı mübarizəyə həsr olunur. Məqsəd gənclər arasında maarıfləndirmə işini aparmaqdır. İnsan alverinə qarşı mübarizəyə həsr olun maarifləndirici tamaşanın müəllifi Arzu Soltan və rejisoru İntiqam Soltandır.
Sanirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi belə maarifləndirici bir neçə tamaşanın sfarişçisidir. N.Qulyev qeyd etmişdir ki, nazirliyimizin sffarişi ilə narkomaniyaya qarşı mübarizə proqramı çərçivəsində maarifləndirici tamaşalardan "Həyatla Oyun" tamaşasıda Sabirabad rayonunda oynanılmışdır.
Tamaşaçılar tərəfindən maraqla izlənən "Günahsiz Günahkarlar" tamaşası izləyicilərin sürəkli alqışları ilə yekunlaşdı. 

ILK-10 Azeri Website Directory