Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Gənclərlə onlayn görüş keçirilmişdir.

2 sentyabr 2020-ci il tarixdə Şəki şəhər Gənclər və İdman İdarəsi tərəfindən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.5 maddəsinin icrasını təmin etmək məqsədilə könüllü gənclərlə onlayn görüş keçirilmişdir. Konfransı giriş sözü ilə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov açaraq könüllüləri salamladı və son illərdə könüllülük hərəkatının respublikamızda davamlı inkişafa böyük tövhə verdiyini, cənab prezidentimiz İlham Əliyev tərəfindən 2020-ci ilin "könüllülər ili" elan edilməsinin könüllülərə verilən qiymət olduğunu qeyd etdi. Pandemiya ilə mübarizə istiqamətində könüllülərin xüsusi fəallıq göstərdiyini bildirən D.Mikayılov pandemiya dövründəki böyük dəstəkləri üçün könüllülərə minnətdarlığını bildirdi. Daha sonra söz Şəki Regional “ASAN xidmət” Mərkəzinin könüllülər üzrə məsul şəxsi Dinarə Məmmədovaya verildi. Dinarə Məmmədova könüllük fəaliyyəti haqqında məlumat verdi və şəxsi inkişafa gedən yolun könüllükdən keçdiyini qeyd etdi. Aqrar könüllüləri təşkilatının koordinatoru Toğrul Həşimzadə də könüllülük fəaliyyətinin gənclər üçün önəmini vurğuladı və heç bir təmənna güdmədən ətrafındakı insanlara, cəmiyyətə xeyir verməyin, faydalı işlə məşğul olmağın ən gözəl fəaliyyət olduğunu bildirdi. Çıxış edən könüllü Elvin Mabudlu könüllü gənclərin digər gənclərdən fərqli üstünlüklərə malik olduqlarını, istər insanlarla ünsiyyət quran zaman, istərsə də gələcək kariyeralarında könüllü fəaliyyət zamanı qazandıqları bilik və bacarıqların onlara çox  böyük dəstək olduğunu qeyd etdi.

 
 

ILK-10 Azeri Website Directory