Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Gənclərin Məşğulluğu Proqramının Sabirabadda təqdimatı olub

Gənclərin Məşğulluğu Proqramının Sabirabadda təqdimatı olub.
Azərbaycan Gənclər Fondunun əməkdaşı Emil Yusifov Sabirabad Gənclər Evində rayon gəncləri ilə görüşüb.
Görüş zamanı “Gənclərin Məşğulluğu proqramı” eləcə də, Azərbaycan Gənclər Fondunun gənclər üçün təklif etdiyi imkanları haqqında məlumat verib.
İştirak etmək istəyən gənclər Fondun internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçərək onlayn qaydada müvafiq vakansiyaya müraciət edə bilərlər.
Qeyd edək ki, Gənclərin Məşğulluq proqramı Azərbaycan Respublikasının Gənclər Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birlikdə həyata keçirilir. Görüşdə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev iştirak edib.

ILK-10 Azeri Website Directory