Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Gənclər hərbi xidmətə yola salınıb

Sabirabad rayonunda gənclərin hərbi xidmətə yolsalma mərasimi keçirilmişdir. 

İdarə və təşkilat rəhbərlərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının, hərbiçilərin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı etdiyi tədbirdə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi polkovnik Rəsul Babayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, rayon prokuroru Pərvin Quliyev bildirmişlər ki, Azərbaycanda ordu quruculuğu prosesi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Natiqlər hazırda bu siyasətin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.

Sonda gənclər müqəddəs Qurani-Kərimin və dövlət bayrağımızın altından keçərək hərbi xidmətə yola düşmüşlər.

ILK-10 Azeri Website Directory