Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Gənclər Günü qeyd edildi

Sabirbad rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbiri fəal gənc Kənan Səmədov açaraq qonaqları salamlayıb. Sonra Dövlət Himni səsləndirilib. Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi yad edildi. Rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev ötən il görülmüş işlər brədə hesabat verdi. Könüllü Mehriban Zeynallı, Mədəniyyət İşçiləri adından Məhərrəm Cəfərzadə, rayon İcra Hakimiyyəti Başçısnın I müavini Həsən Həsənov çıxış edərək gəncləri təbrik edib və gənclərin üzərinə düşən vəzifələrdən danışıblar.
Bir qrup gənc ötən il göstərdikləri ən yaxşı fəaliyyətlərinə görə rayon gənclər və idman idarəsinin diplom və hədiyyələri ilə təltif olundular. "Gənclər Dostu" adına isə Aprel Şəhidi Azərbaycanın Milli Qəhramanı Murad Mirzəyevin atası Telman Mirzəyev layiq görülüb. Telman Mirzəyev bu ada layiq görüldüyünə görə gənclərə təşəkkürünü bildirdi və onlar gələcək işlərində uğurlar arzuladı.
Sonda xatirə şəkili çəkdirildi.

ILK-10 Azeri Website Directory