Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Gənclər Fondununun 11-ci qrant musabiqəsinin İdman ruhun qidasıdır layihəsinin icrası başa catmisdir

Azərbaycan Respublikasinin Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin Sabirabad rayonundan C kateqoriyası üzrə qalib olmuş "Idman ruhun qidasidir" layihəsinin final görüşü 28 fevral 2019 -cu il tarixdə baş tutmuşdur. Rayonun Mürsəlli, Bulduq, Axisxa və Ulacali kənd tam orta məktəblərindən seçilmiş və artıq əvvəlcədən bir-birleri voleybol yarışlarında görüşdürulmus komandaları bu dəfə də final oyunu üçün bir araya gəlmişdilər. Puskatmaya əsasən ilk oyunda Mürsəlli, Ulacali komandaları bir-birleri ilə ,Bulduq və Axisxa komandaları isə bir-birleri ilə görüşmüşdür. Daha sonra yarımfinal oyunu keçirilmiş və Axıska komandasi 3-cu yeri qazanmışdır. 28 fevral 2019-cu il tarixdə final görüşündə Bulduq komandası 2-ci,Ulacali komandası isə 1-ci yeri qazanmisdir Final oyununun sonunda 1-ci yerin sahibi Ulacali komandası medallar və Fəxri fərmanlarla,2-ci və 3-cu yerin sahibləri isə yalnız Fəxri fərmanlarla təltif olunmusdur. Yekunda layihə çərçivəsində komanda üzvləri üçün hazırlanmış xüsusi idman geyimləri komanda üzvlərinə hədiyyə olaraq bagişlanmış, cay süfrəsi təşkil olunmuş və xatirə şəkilləri çəkilmişdir.Məktəblili gənclər layihədən kənar voleybol yarışlarının müntəzəm olaraq davam etdirəcəkləri üçün razılığa gəlmişlər.

ILK-10 Azeri Website Directory