Sabirabad Rayon Gənclər İdarəsi

Gənc yazar Zeynal Zeynallının kitab təqdimatı keçirilib

Bu gün Sabirabad rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabirabadlı gənc yazar Zeynal Zeynallının "Ölü Bulud" adlı şeer və hekayələrdən ibarət kitab təqdimatı keçirildi. Təqdimatı açan rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev Zeynal Zeynallı haqqında məlumat verərək bildirdi ki, bu kitab Zeynalın ilk kitabıdır. Gənclər və İdman İdarəsi olaraq yaradıcı gənclərin yaradıcılıq faəliyyəti üşün lazımı dəsətəy verilməsini qeyd edən Nadir Quliyev Zeynal Zeynallını təbrik etdi.
Çıxış edənlərdən Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Müavini Şahnaz Babayeva, "Mübarizlər" teatrının rejisoru və bəddi rəhbəri Seyidməmməd Əliyev, jurnalist-publisist Elçin Nəsibov çıxış edərək Zeynalı təbrik etdi və ona yaradıcılıq fəaliyyətində uğurlar arzuladılar.
Sonda gənc yazar Zeynal Zeynallı tədbiri təşkil etdiklərinə və dəstək olduqları üçün rayon gənclər və idman idarəsinə öz dərin təşəkkürünü bildirdi.Zeynal Zeynallı tədbir iştirakçılarına öz imzası ilə ilk kitabını hədiyyə etdi.

ILK-10 Azeri Website Directory