Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Futbol üzrə uşaqların növbəti mövsümə hazırlıqları yoxlanılıb

Sabirabad rayonunda uşaq futbolunun inkişaf etdirilməsi üçün lazımı tədbirlər həyata keçirilir. Növbəti mövsümə hazırlıqla əlaqədar uşaqlar arasında yoldaşlıq görüşü keçirilmiş və ən yaxşı oyunçular müəyyən edilmişdir. Növbəti mövsümdə beş yaş qrupunda iştirak edəcək balaca futbolçular artıq hazırlıq mərhələsinin əsas hissəsini yekunlaşdırmış və futbolçuların AFFA da qeydiyyatı başa çatdırılmışdır. 2005-2009 (9-13 yaşlı uşaqlar) təvəllüdlü uşaqlar 5 komanda olaraq tam hazırdırlar.
Sabirabad rayon Gənclər və İdman İdarəsinin  rəisi Nadir Quliyev komandanın hazırlıq prosesi ilə tanış olmuş və bir qrup futbolçunu mukafatlandırmışdır. Sonda xatirə şəkli çəkdirilmişdir.

ILK-10 Azeri Website Directory