Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Fiziki məhdudiyyətli gənc yazarın kitab təqdimatı olub

Dünyanın hər bir ölkəsində fiziki məhdudiyyətli insanlar yaşayır. Onlar, xüsusi yanaşma tələb edən spesifik insanlardır. Bu insanların mərhəmətə deyil, məhz yanaşmaya ehtiyacları var. Yəni, insanlara maddi dəstək yox, özlərini ifadə edərək həyatlarını təmin edə biləcəkləri vasitələr vermək lazımdır. Belə insanların bilik və bacarıqlar qazanmalarına, işlə təmin edilmələrinə şərait yaratmaq, bununla da onların normal həyat qurmalarına, cəmiyyətin ayrılmaz bir hissəsi olmalarına çalışmaq lazımdır. Sabirabad rayonunun Balakənd kəndində istedadlı Elsevər Qəlbiqəm adlı bir gənc uzun müddətdir şeerlər yazır. Onun yazdığı şerlər həm vətənpərvər, həm tərbiyəvi, həmdə düşündürücü şeerlərdir. Elsevər Sabirabad rayonunun Millət Vəkili Elçin Quliyevə müraciət edərək onunla görüşmək istəyib. Elçin Quliyev dərhal onun müraciətinə reaksiya verərərək Elsevərin yaşadığı mənzilə gəlib onunla söhbət edib. Elçin Quliyev onun fiziki məhdudiyyətli gənc olmağına baxmayarq, Elsevərin istedadına heyran qlıb. Və beləliklədə Elçin Quliyevin təklifi və təşəbbüsü ilə Elsevər Qəlbiqəmin şeerlər kitabının çap olunub oxucuların istifadəsinə verilməsi qərara alınıb. Millət Vəkili Elçin Quliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Elsevər Qəlbiqəmin “Ömürdən keçən illər” adlı kitabı işıq üzü görüb. 25 iyul 2019-cu il tarixdə Sabirabad Gənclər Mərkəzində Millət Vəkili Elçin Quliyevin təşəbbüsü və Sabirabad rayon icra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə gənc yazar Elsevər Qəlbiqəmin kitabının təqdimatı keçirilib. Təqdimatda rayon içtimayyəti, media nümayəndələri ilə yanaşı Millət Vəkilləri Elçin Quliyev, Hüseynbala Mirələmov, Aqil Abbas, AJB və AYB üzvü, əməkdar jurnalist Əbülfət Mədətoğlu digər rəsmi qonaqlar iştirak edib. Mərasimi giriş sözü ilə açan Sabirabad rayon İcra Hakimiyyəti Başçısının I müavini Həsən Həsənov çıxış edərək qonaqları salamlamış və kitab haqqında fikirlərini bildirmişdir. Millət Vəkilləri Hüseynbala Mirələmov, Aqil Abbas çıxış edərək Elsevəri təbrik etmiş və bu nəcib işdə Elsevərə dəstək olduğu üçün Elçin Quliyevə təşəkkürünü bildimişlər. Millət Vəkili Elçin quliyev kitabın ərəsəyə gəlməsindən və Elsevəri özünə ən yaxın dost hesab etməsindən danışdı. O qeyd etdi ki, imkan daxilində secicilərimlə görüşür onların problemləri ilə yaxından tanış oluram və belə insanlara daim dəsətək olmağa hazıram. “Ömürdən keçən illər” kitabı oxuculara təqdim olunub. Çıxış edənlər dövlətin daim belə gənclərə xüsusi diqqətin olunduğunu və fiziki məhdudiyyəti olan gənclər üçün belə tədbirilərin keçirilməsini yüksək qiymətləndiriblər. Şairə Rəqibə Qəvvas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, jurnalist Elçin Nəsib, Şair Ərzuman Umman, “Mübarizlər” teatrının rejisoru Seyidməmməd Əliyev, Elsevər Qəlbiqəmin müəlliməmləri Vüsalə Xəlilova, Validə Cəfərova, rayon gənclər və idman idman idarəsinin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Həsənova və başqaları çıxış edərək Elsevəri təbrik ediblər. Elsevər Əliyevin atası Məhərrəm Əliyev çıxış edərək ailəsi adından bütün əziyyəti keçənlərər və xüsusilədə Millət Vəkili Elçin Müəllimə dərin təşəkkürünü bildirib. Sonda müəllif Elsevər Əliyev- Qəlbiqəm, çıxış edərək kitabın ərsəyə gəlməsindən, onun istedadının üzə çıxmasında ona dəstək olan Millət Vəkili Elçin Quliyevə və bütün qonaqlara minnətdarlıq hislərini çatdırıb.

ILK-10 Azeri Website Directory