Sabirabad Rayon Gənclər İdarəsi

Dövlət Bayrağı Günü qeyd olunmuşdur.

Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.
1920-ci il aprelin 27-də bolşevik işğalından sonra Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib. Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.
08 noyabr 2017- ci il tarixdə Sabirabad rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabirabad Gənclər Mərkəzində “Azərbaycanın Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə rayon məktəblilərinin “Azərbaycan Bayrağı” adlı rəsm sərgisi ilə tanış olmuşlar. Sonra tədbir iştirakçılarını salamlayan rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev Azərbaycan Dövlət Bayrağı haqqında məlumat vermişdir və tədbiri Dövlət Himni ilə açıq elan etmişdir.
Sonra təbrik üçün söz Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı cənab Nazim İsmayılova vermişdir. N.İsmayılov çıxış edərək gəncləri bu günkü gün münasibətilə təbrik etmiş və onları hər zaman Azərbaycan Bayrağını uca tutmağı tövsiyyə etmişdir.
Nazim İsmayılov çıxışından sonra “Azərbaycan Bayrağı” adlı rəsm sərgisinin qaliblərini diplom və hədiyyələrlə mukafatlandırılmışdır.
Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Bayrağı haqqında söylədiyi vido-roliklə sona çatdı.
 FOTOLAR: Gülağa Hüseynlinindir.

ILK-10 Azeri Website Directory