Sabirabad Rayon Gənclər İdarəsi

Dini Radikalizmlə Mübarizə və Gənclərin Marifləndirilməsi mövzusunda panel müzakirələr keçirilmişdfir.

İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən konfransın davamı olaraq Dini Radikalizmlə Mübarizə və Gənclərin Marifləndirilməsi mövzusunda panel müzakirələr keçirilib.

Sabirabad rayon rayonunda İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə mövzusunda konfrans keçirilib. Konfransın Dini Radikalizmlə Mübarizə və Gənclərin Marifləndirilməsi mövzusunda panel müzakirələri isə Sabirabad Gənclər Mərkəzində keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Sabirabad rayon İcra Hakimiyyəinin I müavini Həsən Həsənov İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə mövzusunda keçirilən konfrans haqqında məlumat verdi. 
Çixiş edənlərdən Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək Sabirabad rayonunda bu sahədə gənclər arasında aparılan təbliğat işindən danışdı.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin dini marifləndirmə şöbəsinin müdür müavini Ruslan Əsgərov dini marifləndirmə haqqında slayd təqdimatı etmişdir.
Sonra sözü Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılova verildi. Gündüz İsmayılov çıxış edərək din və dövlət, radikalizimin yaranma səbəbləri, bu problemin həll yolları, gənclərimizin düzgün dini maariflədirilməsi, müəllimlərimizin gənclər arasında təbliğat işinin daha düzgün qurulmasından söhbət açdı.
Dialoq şəklində keçən panel müzakirələr daha çox cəmiyyətdəki problemlərdən və onun həll yollarından danışılmışdır. 
Sonda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov tədbir iştirakçılarının suallarını cavablandırmışdır.

ILK-10 Azeri Website Directory