Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş bayram tədbiri keçirilib

Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi Sabirabad rayonunda qeyd olunub.  Azərbaycan Respublikasının Dövlət Himni səslənib.Tədbiri giriş sözü ilə rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev çıxış edərək qeyd etmişdir ki,  Bu gün Azərbaycanda gedən inkişaf prosesləri, dövlətimizin dünyada artan nüfuzu müstəqilliyimizin bəhrəsidir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi və dövlət müstəqilliyimizin təbliği kimi məsələləri daim diqqət mərkəzində saxlayır. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri, İrəvan xanlığının tarixinin araşdırılması bunun parlaq təzahürüdür. Hər il 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbullar təşkil olunur, bu əlamətdar günlə bağlı dövlət başçısı xalqı təbrik edir. Bakıda Cümhuriyyətin şərəfinə ucaldılan abidənin açılması Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir. İstiqlaliyyət küçəsində qoyulan bu abidə adları Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə ən böyük ehtiramdır.
Xalq Cümhuriyyətinin yaranmasının yubileyləri hər dəfə yüksək səviyyədə qeyd edilir. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi isə ölkəmizdə və xaricdə keçiriləcək yubiley tədbirlərini il boyu davamlı və daha təntənəli edəcək.

ILK-10 Azeri Website Directory