Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Bayraq günü dünyaya gələn ilk körpə təbrik olundu

Sabirabad rayon gənclər və idman idarəsi 9 noyabr Azərbaycan Bayrağı Günü münasibətilə daha bir uğurlu tədbir həyata keçirib. Bayrağ Günü ilk dünyaya gələn körpəyə Azərbaycan Bayrağ və idarənin xüsusi hədiyyələri təqdim olunub. Sabirabad rayon Mərkəzi Xəstəxanasına Saatlı rayonun Əbilkəndindən Feyzullayevlər ailəsi müraciət edib. 9 noyabr 2019-cu ildə gecə saatlarında oğlan uşağı dünyaya gəlib.
Rayon gənclərinin fəalları yeni doğulmuş körpənin valideynlərini təbrik edib və Azərbaycan Bayrağı, hədiyyə və təbrik təqdim ediblər.

ILK-10 Azeri Website Directory