Sabirabad Rayon Gənclər İdarəsi

Azərbaycanın Milli Qəhramanı Murad Mirzəyevin əziz xatirəsinə həsr olunmuş Qəhramanın İmzası filminin TƏQDİMATI keçirilmişdir.

Sabirabad rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhramanı Murad Mirzəyevin əziz xatirəsinə həsr olunmuş “Qəhramanın İmzası” filminin  TƏQDİMATI keçirilmişdir.
 
Tədbiri ilk öncə açan Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev tədbir iştirakçılarını salamlamış və Azərbaycanın Milli Qəhramanı Murad Mirzəyev haqqında məlumat vermişdir. Nadir Quliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunmasını tədbir iştirakmılarından rica etdi.
Sonra gənclik radiosunun əməkdaşlarının hazırladığı Azərbaycanın Milli Qəhramanı Murad Mirzəyev doğum gününə həsr olunmuş Qəhramanın İmzası filmi nümayiş etdirilmişdir.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və digər rəsmi qonaqlar Murad Mirzəyevə həsr olunmuş foto stendlədə tanış olmuşlar. 

FOTOLAR: Gülağa Hüseynlinindir

ILK-10 Azeri Website Directory