Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Azərbaycanın Milli Qəhramanı Mübariz Əhmədovun xatirəsinə həsr olunmuş Futbol Turnirinə start verilib

Sabirabad rayonu Qaratəpə kənd icra nümayəndəlyiin, Qaratəpə kənd bələdiyysəinin təşəbbüsü və təşkilatçılığı, rayon gənclər və idman idarəsinin dəstəyi ilə Sabirabad rayonunun Qaratəpə kəndindən olan Azərbaycanın Milli Qəhramanı Mübariz Əhmədovun əziz xatirəsinə həsr olunmuş futbol turnirin açılış mərasimi olub. Qaratəpə kənd stadiaonunda baş tutan turnirdə ətraf kənlərlə yanaşı 8 komanda olmaqla iki yarım qrupda oyunlara start verilib. Açılış mərasimində Sabirabad rayon İcra Hakimiyyətinin Başçısının I müavini Həsən Həsənov, rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni sədaları altında Dövlət Bayrağı qaldırılıb. Çıxış edənlərdən Qaratəpə kənd bələdiyyəsinin sədri, Prezident Təqüdçüsü, Sosialst Əməyi Qəhramanı Fatma Hüseynova çıxış edib. Sonra Sabirabad rayon İcra Hakimiyyətinin Başçısının I müavini Həsən Həsənov, rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev çıxış edərək turnirə uğurlar arzulayıb. Sonda Milli Qəhraman Mübarizx Əhmədovun qardaşı Qürbət Əhmədov turnirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
İlk oyun Qaratəpə kənd futbol komandası ilə Əhmədabad kənd Futbol komandası ilə olub. Qaratəpə kənd futbol komandası 4:0 hesabı ilə rəqiblərinə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.

ILK-10 Azeri Website Directory