Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Azərbaycan gənclər idman naziri Azad Rəhimov gənçlərlə onlayın görüş keçirib

Azərbaycan gənclər idman naziri Azad Rəhimov gənçlərlə onlayın görüşündə dedikləri “Heç nə sizinlə ünsiyyətə mane ola bilməz” Bu fikirləri Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov bu gün İsmayıllı, Cəbrayıl, Ağdam, Qəbələ, Şəmkir, Mingəçevir, Bərdə, Quba, Şamaxı, Lənkaran, Ağcabədi, Siyəzən, Masallı, Gəncə, Göyçay, Lerik, Şəki və Sabirabad rayon və şəhərlərindən olan yeniyetmə və gənclərlə online görüşündə deyib. Görüşün əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan, idmanla məşğul olan uğurlu gənclərin dövlət tərəfindən daim diqqət mərkəzində olduqlarını göstərməklə bərabər, eyni zamanda, onlarda idmana, təhsilə marağı daha da artırmaq, karantin dönəmində evdə qaldıqları müddətdə idmandan uzaq düşməmələrinə dəstək olmaqdır. Yeniyetmələrlə görüşündə Azad Rəhimov bildirdi: “Heç bir şərait sizinlə ünsiyyətə mane ola bilməz. Bu gün müxtəlif beynəlxalq yarışlarda Azərbaycanın bayrağını zirvələrə ucaldan müxtəlif idman növləri üzrə milli yığma komandaların üzvləri üçün qapalı şəraitdə məşqlərini davam etdirmələri məqsədi ilə hər bir şərait yaradılıb. Amma əfsuslar olsun ki, yeniyetmələr, gənclər bu gün zallara, idman qurğularına gedib, məşq edə bilmirlər. Bu sizin diqqətdən uzaq olmanız demək deyil. Bu gün mən sizi dinləmək, asudə vaxtınızı necə keçirdiyinizi, idmanla necə məşğul olduğunuzu bilmək istəyirəm.” Hər bir gənclə ayrı-ayrılıqda söhbət etdikdən sonra, nazir uşaqların arzu və istəklərini dinlədi. Görüşə qatılan yeniyetmə və gənclər nazirə diqqət üçün təşəkkür edib, qazandıqları uğurlar, regionlarında idmanın inkişafı, onları narahat edən suallar və istəkləri barədə danışdılar. Karantin bitdikdən sonra nazir görüş iştirakçılarını nazirliyə dəvət etdi.

ILK-10 Azeri Website Directory