Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Azərbaycan Respublikasında gənclərlə iş və idman sahəsində çalışan bir qrup şəxslər təltif edilib

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsi barədə Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə bir qrup şəxs orden və medallara layiq görülüb.

Sərəncama əsasən, Gənclər və İdman naziri Azad Rəhimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Bundan başqa, nazir müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov 2-ci dərəcəli “Vətənə xidmətə görə”, nazir müavini Fərhad Hacıyev və nazirliyin aparat rəhbəri Rüfət Həsənov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif ediliblər.

Həmçinin 4 nəfər “Tərəqqi”, 23 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medallarına layiq görülüb.
Bu Sərəncama əsasən Sabirabad rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Sabirabad rayon gənvlər və idman idarəsinin kollektivi başda cənab nazirimiz Azad Rəhimov olmaqla, təltif olunan digər şəxsləri təbrik edir, gənclərlə iş və idman sahəsində fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzulayır.

ILK-10 Azeri Website Directory