Azərbaycan Gənclərinin IX Forumunun Zona Toplantısı keçirilmişdir.
ekabrın 4-də Aran zonası üzrə Sabirabad rayonunda keçirilmiş toplantıda Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Millət vəkilləri Şahin İsmayılov və Ramin Məmmədov iştirak ediblər.
300 nəfərə yaxın gəncin iştirakı ilə keçirilmiş zona toplantısında Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev tədbirin gənclərin vətənpərvərlik tərbiyəsində yeni mərhələ olduğunu qeyd edib. Şirvan şəhərindən Rəşad Aslanov, Hacıqabul rayonundan Əlicabbar Məmmədov, Sabirabad rayonundan Səməndər Cəfərli, Saatlıdan Yunis Zeynalov, Beyləqandan Mürsəl Behbudlu çıxış ediblər. “Böyük qayıdış”da gənclərin vəzifələri və gənclərin sağlamlığı – xalqın sağlamlığıdır mövzularında çıxışlar dinlənilib.
Zona toplantısında Aran zonası üzrə Azərbaycan Gənclərinin IX Forumuna 52 nümayəndə seçilib və Zona Toplantısının Qətnaməsinin qəbulu ilə başa çatıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.1.-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə keçirilir.
Press-Reslizlər
Foto Qalereya
Video Qalereya
Nə Dedilər? (Hədəfimiz QARABAĞ)

Nə Dedilər? (IV İslam Həmrəylik Oyunlarının XƏZƏRDƏN BAŞLAYAN SƏYAHƏT)

Nə Dedilər? (Azərbaycan)

Nə Dedilər? (Avroviziya mahni müsabiqəsi 2012 Bakı)

Nə Dedilər? (Baki 2015)

Nə Dedilər? (Prezidentin görüşü)

Nə Dedilər? (Gənclik)

Nə Dedilər? (Azərbaycan Respublikasının Dövlət Himni)