Sabirabad Rayon Gənclər və İdman İdarəsi

8 yaşlı Nilufər Mirzəyevanın fərdi rəsm sərgisi keçirilib

Sabirabad rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə, Sabirabad Gənclər Mərkəzində "İstedadlı uşaqlar" adlı rəsm sərgisi həyata keçirilir. Sərginin ilk iştiakçısı 8 yaşlı Nilufər Mirzəyeva olmuşdur. Nülufər Mirzəyevanın yağlı və sulu boya vasitəsilə çəkdiyi müxtəlif rəsmlərdən ibarət fərdi rəsm sərgisinin açılışı olub. Sərgini giriş sözü ilə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev açaraq ölkəmizdə yaradıcı gənclərə xüsusi diqqət və qayğının olduğunu qeyd edib. N.Quliyev Nilufər Mirzəyeva kimi yaradıcı uşaqlara belə bir şəraitin yaradılması üçün Sabirabad rayonunda da çöx gözəl imkanlar olduğunu qeyd edib və bundan sonrada yaradıcı yeniyetmə və gənclər üçün belə bir sərgilərin açılmasına rayon gənclər və idman idarəsi hər zaman dəsətək olduğunu vurğulayıb. Sonra Nilufər Mirzəyeva ona dəstək üçün rayon gənclər və idman idarəsinə təşəkkürünü bildirib. O qeyd edib ki burda gördüyünüz rəsmləri həm düşüncələrimdən həmdə gördüklərimdən çəkmişəm. 
N.Mirəzyevanın valideynləri sərgidə iştiak edib və ölkə Prezidenti Cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər ki, regionalarda gənclərimiz üçün belə bir şərait yaradılıb.
Sonra sərgiyə baxış keçirilib. Nilufər Mirzəyeva rayon Gənclər və İdman İdarəsinin xüsusi diplom və hidəyyəsi ilə təlktif olunub.

ILK-10 Azeri Website Directory