Sabirabad Rayon Gənclər və İdman İdarəsi

2019-2024-cü illər üçün Dövlət Proqramının icrası ilə bağlı iclas keçirilib

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə uyğun olaraq, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə cari ilin avqust ayı ərzində Şirvan, Yevlax, Salyan, Şəmkir, Göygol, Tovuz, Gədəbəy, Hacıqabul, Saatlı, Sabirabad şəhər və rayon İcra Hakimiyyətlərində Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə tədbirlərin təşkili nəzərdə tutulur. Qeyd olunan tədbir çərçivəsində Sabirabad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir həyata keçirilib. Tədbiri giriş sözü ilə açan Həsən Həsənov bu məsələ ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verib. Sonra işçi qrupunun əməkdaşları Tanrıverdi Aydınov, Raqif Abdullayev Dövlət Proqramın icrası barədə məlumat verib. Sabirabad rayon Prokurorunun müavini, kiçik ədliyyə müşaviri Ramil Ədilov, rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev və başqaları rayon ərazisində keçirilən tədbirlərdən və qarşıda görüləcək işlərdən danışaraq müxtəlif təkliflər veriblər. Tədbirlər çərçivəsində rayon komissiyalasına metodiki və zəruri əyani vəsaitlər təqdim olunub

ILK-10 Azeri Website Directory