Sabirabad Rayon Gənclər və İdman İdarəsi

2 fevral Azərbaycan Gəncləri Günü Sabirabdda böyük təntənə ilə qeyd edilib

Tədbiri Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev giriş sözü ilə açmışdır. Dövlət Himni Səslənmişdir.
Sonra Nadir Quliyev 2018-ci ildə Sabirabad rayon Gənclər və İdman idarəsinin gördüyü ilər haqqında məruzə etmişdir. N.Quliyev qeyd etmişdir ki, rayon Gənclər və İdman idarəsi 2018-ci il ərzində  idarənin perespektiv İş Planına uyğun olaraq Gənclər sahəsi üzrə 37  tədbir 5995 nəfər gənc, İdman sahəsi üzrə 34 tədbir  2748 nəfər gənc, ümumilikdə 71 tədbir həyata keçirilməklə   8743  nəfər gənc tədbirlərə cəlb edilmişdir. Keçirilən  tədbirlərdə gənclərin asudə vaxtının təşkili, hərbi vətənpərvər ruhunda tərbiyə olunması tədbirlərində gənclər xüsusi fəallıq  göstərmişlər.
O qeyd etmişdir ki, ötən il idman sahəsindədə bir çox naliyyətlər əldə etmişik. Macarıstanın Gorqi şəhərində keçirilən sərbəst güləş üzrə yeniyetmələr arasında Avropa çempionatında  75 kq çəki dərəcəsində Mehdizadə Varis Seyfulla oğlu III yerə layiq görülmüşdür.  Eyni zamanda İran İslam Respubliksında keçirilənsərbəst güləş üzrə yeniyetmələrin dünya çempionatında Varis Mehdizadə ikinci yeri tutmuşdur.
Ötən il bir neçə ölkə çempionatlarının və turnirlərinin qalibi olmuş rayonun Şıxsalahlı kənd sakini Muradl Şaiq Şahin oğlu Kontakt Karate üzrə dünya üçüncüsü və profesonal döyüş üzrə dünya biurincisi olmuşdur. 
Ötən ilin ən yadda qalan turnirlərindən Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş böyüklər arasında futbol turniri olmuşdur. Azadakənda gənclərinin təklifi ilə həyata keçirilən bu turnirdə Azadakəndli gəncimiz Səməd Məmmədovun zəhməti danılmazdır. Azadakənd kənd stadionunda keçən turnirdə rayonun 24 futbol komandası iştirak etmişdir. İştirak edən komandalar arasında keçirilən turnirdə Azadakənd kəndinin “Alov” komandası I yerə layiq görülmüşdür. Turnirdə II və III yerləri tutmuş digər komandalar Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışdır. 
Sabirabdda hər zaman futbol ənənələri olmuşdur. Bu ənənələrə sadiq qalaraq futbolun şöhrətini geri qaytarmaq üçün yenidən “Gənclik” futbol komandası yaratdıq. Komandamız hal-hazırda region liqasında oynayır. Mövsümün ikinci turunda komandamız qrupun 4 cüsüdür və qarşıda keçiriləcək 4 oyunda yaxşı nəticələr əldə edə bilsək qrupdan çıxa biləcəyik. Hədəfimiz növbəti mərhələdə oynamaq ve final mərhələsinə çıxmaqdır. Komandamızın tərkibi sabirabadlı gənclərimizdən ibarətdir.
 
Sabirabad Regional ASAN xidmət mərkəzinin əməkdağı Lalə Musayeva Sabirabad şəhərində “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması ilə 1000-ə yaxın region gənci onların şəxsi inkişafı üçün yaradılmış şəraitdən yararlana bilməsini, gənc kadrların işlə təmin olunmasından və 650-dən artıq region gənci könüllülük fəaliyyəti göstərərək dövlət orqanının iş təcrübəsi ilə yaxından tanış olmasını qeyd etmişdir. Lalə Musayeva qeyd etmişdir ki, ASAN könüllüləri eyni zamanda regionlarda sosial xarakterli bir sıra tədbirlər və aksiyalar həyata keçirmişlər ki, bu da ictimai maarifləndirmə sahəsində yüksək nəticələrə gətirib çıxarmışdır.
Sabirabad Dövlət Sosial İqtisad Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Toğrul Kərimli:
Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalıdır, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Prezident İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə bu şərait yaradılmışdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər. Artıq respublikada dövlət gənclər siyasətinin yeni mərhələsi başlayıb ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradır. Bundan yararlanmaqla region gəncləri də inteqrasiya, iştiraklılıq, mübadilə, faydalanma, ən əsası da yaşadığı bölgə üçün lazımlı fərd kimi yetişərək özünə məxsus yeri tutmaq imkanı qazanır. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara cavab verən Gənclər mərkəzləri, Uşaq yaradıcılıq mərkəzləri  istifadəyə verilməsi paytaxtdan kənarda da gənclərə diqqət göstərilməsinin bir sübutudur.
Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılov:
Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər, Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq.
Sonda bir qrup gənc Sabirabad rayon İcra Hakimiyyətinin fəxri fərmanları, rayon gənclər və idman idarəsinin diplomları və hədiyyələri ilə təltif olundular.
 

ILK-10 Azeri Website Directory