Sabirabad Rayon Gənclər İdarəsi

2 Fevral Gənclər Günü

2 Fevral Azərbaycan Gəncləri Günü Sabirabad rayonunda qeyd olunmuşdur. 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə Sabirabad rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon gənclər mərkəzində bayram tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılov, rayon hüquq mühavizə orqanlarının rəhbərləri, rayon içtimayyətinin nümayəndələri, fəal gənclər tədbirdə iştirak etmişlər. Qonaqlar ilk öncə Gənclər Mərkəzinin foyesində rayon gənclərin hazırladığı rəsm sərgisi ilə tanış olmuşlar. Sonra qonaqlar bayram tədbinə qoşulmuşlar. Tədbir dövlət himni ilə açıq elan olunmuşdur. Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək ötən il rayon gənclərinin əldə etdiyi uğurlardan, idarənin həyata kecirdiyi tədbirlərdən danımışdır. Sonra Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılov çıxış edərək gəncləri təbrik etmiş gələcək işlərində uğurlar arzulamışdır. Rəsmi hissənin sonunda Rayonun içtimai-siyasi və idman sahəsində əldə etdikləri uğurlara görə rayon bir qrup gənc rayon icra hakimiyyətnin fəxri fərmanları və rayon gənclər və idaman idarəsinin diplomları ilə təltif olunmuşlar. Sonda gənc müğənni və rəqqasların ifasinda konsert proqramı bayram süfrəsi arxasında davam etmişdir.

ILK-10 Azeri Website Directory