Sabirabad Rayon Gənclər İdarəsi

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

Bu münasibətlə Sabirabad rayon Gənclər və İdman İdarəsi 1 iyun 2017-ci il tarixdə Sabirabad rayon Gənclər Mərkəzində uşaqlar üçün bayram şənliyi təşkil etmişdir. Bayram tədbirində rayon İcra Hakmiyyəti Başçısının I müavini Həsən Həsənov, rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək uşaqları təbrik etmiş onlara ən xoş arzularını bildirmişlər.

IV İslam Həmrəyliyi oyunlarının iştirakçısı 1 saylı şəhər orta məktəbin IV sinif şagirdi Tahir Quliyev, uşaqlar arasında keçirilən rəsm müsabiqəsinin ən yaxşı rəsm müəllifi 5 saylı şəhər orta məktəbin şagirdi Atakişili Fəridə Anar qızı rayon gənclər və idman idarəsinin diplomları ilə təltif olunmuşlar.

Tədbir uşaqların bir-birindən maraqlı mahni, şeer və rəqsləri ilə davam etmişdir. Sonda tədbirdə iştirak edən bütün uşaqlara hədiyyələr təqdim edilmişdir.

ILK-10 Azeri Website Directory