Sabirabad Rayon Gənclər və İdman İdarəsi

"Vətənin Müdafiəsinə hər an hazıram" devizi altında regional onlayn-konfransı keçirilmişdir

Avqustun 4-də Sabirabad, Saatlı, İmişli, Beyləqan, Hacıqabul rayonlarının və Şirvan şəhər gənclərinin iştirakı ilə "Vətənin Müdafiəsinə hər an hazıram" devizi altında regional onlayn-konfransı keçirilib. Konfransda regionun fəal gəncləri iştirak edib.
Konfransı giriş sözü ilə açan Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev vətənə məhəbbət, milli qürur hissi ilə yaşayan gəncliyin yetişdirilməsi istiqamətində tədbirin vacibliyi diqqətə çatdırıb. Gənclər arasında hərbi-vətənpərvərlik ruhunda həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
Çıxış edənlərdən Azərbaycan Vətən Müharibəsi Veteranları İştimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şirvan şəhər filialının sədri Pənah Xankişiyev qeyd etmişlər ki, dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissləri yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Fikirlərini bildirən veteranlarımız, gənclərimizin hər an vətənin müdəfiəsinə hazır olmalarını qeyd etmişlər.
Hacıqabul rayonundan Fərid Qasımov, Beyləqan rayonundan fəal gənc Mürsəl Behbudlu, Saatlı rayonundan Bəylər Əliyev çıxış ediblər. Onlar çıxışlarında qeyd ediblər ki, bu gün çağırışaqədərki hərbi hazırlıq dərslərinə cəlb edilən hər bir yuxarı sinif şagirdi yaxşı bilir ki, ordumuz varlığımız deməkdir, bu sarsılmaz qüvvə, sözün əsl mənasında, xalqın gücüdür, gənclərin minlərlə igid və mərd nümayəndələrini öz sıralarında birləşdirən yumruqdur. Ona görə də bütün xalq öz ordusu ilə fəxr edir, onu yüksək məhəbbət hissi ilə sevir. Həyatda hər şeydən əziz olan ana vətənlə bağlı hər bir tapşırıq onun gənc övladları üçün ən şərəfli və ülvi bir vəzifədir. Xalqın alovlu məhəbbəti, hörməti və qayğısı isə əsgərlərin qəlbini oxşayır, onları ruhlandırır fikirlərini qeyd edən gənclərimiz “Biz gənclər Ali Baş Konadan cənab İlham Əliyevin əmrini gözləyirik” firkri ilə sözlərini yekunlaşdırıb.
Regional onlayn-konfransda Saatlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, İmişli Rayon Gənclər və İdman İdarəsinin rəisi Ceyhun Əbdülov, Beyləqan Rayon Gənclər və İdman İdarəsinin rəisi Sənan Quliyev, Hacıqabul Rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Əskərov və Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev iştirak edib.

ILK-10 Azeri Website Directory