Sabirabad Rayon Gənclər və İdman İdarəsi

"Qarabağ uğrunda qələbəyə doğru" devizi altında könüllülər arasında atıcılıq idman növü üzrə turnir keçirilmişdir.

20 avqust 2020-ci il tarixdə Şəki şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Qarabağ uğrunda qələbəyə doğru" devizi altında könüllülər arasında atıcılıq idman növü üzrə turnir keçirilmişdir. Əvvəlcə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov turnirin məqsədi barədə məlumat verərək bu ilin cənab Prezidentimiz tərəfindən "könüllülər ili" elan edildiyini, keçirilən tədbirlər zamanı könüllülərin fəallıq göstərdiyini bildirdi və turnir iştirakçılarına uğurlar arzuladı. 
Şəki şəhər Təhsil şöbəsinin metodisti Abdurahman Məmmədov  gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin önəmli olduğunu vurğuladı və bu turnirin də bu amala xidmət etdiyini bildirdi.
İslamzadə Zeynalov yarışın keçirilmə qaydaları haqqında iştirakçılara məlumat verdi və turnir başladı. Yarışda 29 könüllü gənc iştirak etdi. Yekunda qaliblər idarənin diplomları və hədiyyələrlə təltif olundu.
 
 I yer Göyüşov İlkin 
II yer Kərimzadə Pünhan 
III yer Kərimli Oruc

ILK-10 Azeri Website Directory