Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabad rayon Gənclər və İdman İidarəsinin rəisi



Nadir Tahir oğlu Quliyev 

15 oktyabr 1975-ci ildə Sabirabad rayonunda anadan olmuşdur. 1992–ci ildə Sabirabad şəhəri M.Ə.Sabir adına 1 saylı şəhər orta məktəbinin 11 ci sinifini bitirmişdir.
1992- ci ildə Azərbaycan Qərb Universitetinə qəbul olmuş və həmin Universitetin “işgüzar inzibatçılıq” fakültəsinin “mühəndis-menecer” ixtisasını bitirmişdir.
Təlbəlik illərindən əvvəl Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yaradılmasında birbaşa iştirak edir və 1993-cü ildən partiyanın üzvü olmaqla rayon təşkilatının yaradıcılarından birinə çevrilir.
Universitetin sonuncu kursunda N.Quliyev “BAKMİL”Azərbaycan-İtaliya Birgə Müəssəsinə istesalat təcrübəsinə göndərilir. Təcrübə zamanı diplom işinidə həmin müəssisədən yazaraq ugurla müdafiə edir və 1997- ci ildə həmin müəssisədə satış üzrə menecer vəzifəsinə təyin edilir.
1998-1999 cu ildə hərbi xidmətə yola düşür və Azərbaycan Respublikasının Hərbi Komissarlığında əsgər olmaqla Qərargah Rəisinin köməkçisi kimi bir il xidmət edir.
Hərbi xidəmətdən sonra 1999-2000-ci ilədək Sabirabad rayon Statistika idarəsində Baş İqtisadçı vəzifəsində çalışır.
1999-cu ildə YAP rayon Təşkilatının III konfransında ideloji məsələlər üzrə rayon təşkilatının Sədr müavini vəzifəsinə seçilir.
2000-2002 ildə Sabirabad rayon İcra Hakimiyyətində İçtimai-Siyasi məslələr üzrə şöbənin böyük məsləhətçisi, həmin şöbənin müdiri vəzifələrində çalışıb.
2002-2004- cü illərdə YAP Sabirabad rayon təşkilatının sədr müavini çalışıb.
2004-cü ildən bu günə qədər Sabirabad rayon Gənclər və İdman İdarsinin rəisi vəzifəsində çalışmaqla 2005-2017ci illərdə Yeni Azərbaycan Partiyası Sabirabad rayon Təşkilatının sədri vəzifəsində çalışmışdır.
Bu vəzifələrlə yanaşı Nadir Quliyev 2007-ci ildən Azərbaycan Futbol Federasiyaları Assosasiyasının təşəbbüsü ilə “Mərkəz” Regional Futbol Federasiyasının Prezidentliyinə namizədliyi irəli sürülür və federasiyanın prezidenti seçilib. Hal-hazırda federasiya 11 rayonu əhatə etməklə aran regionunu özündə birləşdirir.
2011-2014-cü illərdə o, ikinci ali təhsilini Azərbaycan Respublikası Prezidenti yaninda Dövlət İdarəçilik Akademiyasında almışdır. N.Quliyev həmin akademiyanın “Siyasi İdarəetmə” fakültəsinin “politoloq” ixtisasına yiyələnmişdir.
Nadir Quliyev iqtisadçı-politoloq olmaqla yanaşı, Dövlət Qulluğunun kiçik müşaviridir.
Ailəlidir, iki övladı var. İingilis və rus dillərini bilir.

İdarə rəisi ilə əlaqə: nadirquliyev@hotmail.com

ILK-10 Azeri Website Directory