Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Qış Möcüzələri

Gənclər arasında Qış möcüzəsi adlı fotomarafon
1. Fotomarafon gənclər arasında foto sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi, ətraf aləmin gənclər tərəfindən estetik dərk edilməsinin təşviq edilməsi məqsədilə həyata keçirilir.
2. Fotomarafonda yaşı 14-29 olan həm professional, həm də həvəskar gənc fotoqraflar iştirak edə bilər.
3. Fotomarafona yalnız mobil telefonla çəkilən fotolar qəbul edilir.
4. Fotomarafon aşağıdakı mövzuları əhatə edir:

  • Mənzərə
  • Memarlıq
  • Portret
  • Atributlar
  • Mətbəx
  • Yeni il nəfəsi
  • Kənd həyatı
 
5. Fotomarafon aşağıdakı qaydada keçirilir:
  • Öncədən ictimai yerlərdə, KİV-də və sosial şəbəkələrdə fotomarafonun keçirilmə yerini və şərtlərini əks etdirən elan verilir.
  • Fotomarafonun START və FİNİSH vaxtları öncədən GİN tərəfindən müəyyən edilir və Gİİ-nə bildirilir.
  • Fotomarafonun START-dan öncə 2 gün ərzində Gİİ tərəfindən iştirakçıların qeydiyyatı aparılır, mövzu seçimi ilə bağlı püşkatma həyata keçirilir, hər iştirakçının məlumatları (adı, soyadı, təvəllüdü, whatsapp nömrəsi) və seçdiyi mövzu qeyd olunur, ardıcıllığa uyğun olaraq iştirakçı nömrəsi verilir.
  • Hər iştirakçı yalnız püşkatma zamanı seçilən mövzuda və yalnız bir foto təqdim edə bilər.
  • FİNİSH vaxtı elan edildikdən sonra iştirakçılar çəkdikləri fotonu whatsapp vasitəsilə Gİİ idarəsinə təqdim edirlər.
  • Fotoların toplanılması üçün whatsapp nömrəsi Gİİ tərəfindən təmin edilir.
  • Səhər (rayon) Gİİ tərəfindən toplanılan fotolar mövzular üzrə qruplaşdırılır, müəllifi haqqında məlumatlar göstərilməklə elektron formada GİN-nə təqdim olunur.
6. Təqdim olunan foto ilə bağlı 3-cü şəxsin məlumatlılığı və razılığı barədə cavabdehliyi foto müəllifi daşıyır.
 
7. Fotomarafonda qeydiyyatdan keçən şəxs onun qaydalarının qəbuletmiş sayılır.
 
8. Fotomarafon qaliblərinin seçimi Münsiflər heyəti tərəfindən həyata keçirilir.
 

ILK-10 Azeri Website Directory